Vəhhabi əqidəsinə baxış - 5 アイコン

4.0 by Alimovla


2016年03月24日

このVəhhabi əqidəsinə baxış - 5について

日本語

Vahhabi(Selefi)eqidesine eqli BIR baxish - 5 - Qebirlerin temiri(Gumbez)

ALLAHIN ADI İLƏ

Artıq iki əsrdən çoxdur ki, qondarma Vəhhabi məzhəbi dağıdıcı həşərat kimi dinin canına düşmüşdür. Hansı ki, bu məzhəb sağlam zəkanın qəbul etdiyi normalarla, yaradılışdan gələn fitri meyllərlə heç bir şəkildə uyuşmur. İbn Teymiyyənin dоnuq və sərt fikirlərindən qaynaqlanan bu təlimin başlıca prinsiplərinə azacıq nəzər salsaq, onun təsisçilərinin dinə, şəriətin həmişəyaşarlığına, cəmiyyətdə tətbiqinə qarşı dərin kin bəslədiklərinin şahidi olarıq. Onlar dinə qarşı çirkin niyyətlərini həyata keçirmək üçün dinin zahiri tərəfini hədəfə alır və aldadıcı şüarlarla çıxış edirlər. Sanki, Peyğəmbər (s) dönəmində mövcud olmuş və cəmiyyətdə öz əksini tapmış İslama qarşı çıxır, Allahın göstərişlərini sıradan çıxartmaq üçün öncə dinin zahiri tərəfindən başlayırlar. Maraqlıdır, zahir olmadıqda batinə, forma olmadıqda məzmuna necə yetmək olar? Bütün bunlar göstərir ki, məlum məzhəbin yanlışlığını üzə çıxarmaq üçün heç də güclü elmi sübutlara ehtiyac yoxdur. Çünki onların, hətta dinin öz sübutunu tapmış zahiri tərəfinə belə müvafiq olmadıqları hər addımda özünü tam aydınlığı ilə göstərir. Onların qarşıya qoyduqları hər bir müddəanın yüzlərlə bir-birini inkar, istisna edənfv tərəfləri mövcuddur. Görəsən, Vəhhabiliyin təsisçisi, ondan da öndə duran İbn Teymiyyə, nə üçün Peyğəmbərin (s) məzarını ziyarət etməyin haramlığına öz şüarlarının, məqsəd və məramlarının önündə yer vermişdir? Bu müqəddəs məzarı ziyarət etmək yolu ilə Allaha yaxınlaşmırıqmı? Bu növ ziyarətlər tövhidin özünü möhkəmlətmirmi? Bütün bunlar Peyğəmbəri (s), onun göstərişlərini unutdurmaq, bu əvəzolunmaz, həmişəyaşar örnəyi müsəlmanlardan almaq, onu yaddaşlardan silmək məqsədi daşımırmı? Məşhur Əhli-sünnə alimi Qəstəlani deyir: “İbn Teymiyyənin Peyğəmbərin (s) məzarının ziyarət olunmasını qadağan etməsi, onun atdığı ən bağışlanmaz addımlardandır”. Qəzali deyir: “Yaşadığı zaman Peyğəmbəri (s) görüb təbərrük edənlər, vəfatından sonra о hәzrәtin məzarını ziyаrәt edərək təbərrük etməlidir”. Qərami Şafeinin təbirincə desək, İbn Teymiyyə Peyğəmbərə (s) belə hörmətsizlik edərək deyir: “O həzrəti (s) ziyarət etmək məqsədi ilə səfərə çıxmaq günahdır”. Yəqin ki, vəhhabilər bacarsaydılar, Peyğəmbərin (s) məzarını belə yerlə yeksan edər, hələ bu azmış kimi Kəbəyə hörmətlə yanaşmağın, “Həcərül-əsvəd”i öpməyin haram olduğunu da iddia edərdilər. Necə ki, valideynim Ayətullah əl-üzma Fazil Lənkərani buyurur: “Şirk əqli baxımdan qeydlənə bilməz (bu və ya digər əmələ məxsus ola bilməz). Belə olan halda «Peyğəmbərin (s) məzarını öpmək haram, “Həcərül-əsvəd”i öpmək isə icazəlidir» - deyə iddia etmək yanlışdır. Onların bu yаnlış fətvalarını tətbiq etdikdə “Həcərül-əsvəd”i öpməyin də şirkin bariz nümunələrindən olduğu qənaətinə gəlirik. Lakin bu şirk icazəli şirkdir. Bir halda ki, bu, açıq-aşkar rüsvayçılıqdır. Günümüzdə, müsəlmanlar daim ətrafı bürüməkdə olan bu xərçəng хәstәliyinә qаrşı oyaq olmalı, özlərini, övladlarını bu növ zəhərli fikirlərdən qorumalıdırlar.

Sonda görkəmli tədqiqatçı alim Höccətül-İslam vəl-müslimin Hacı Şeyx Nəcməddin Təbəsiyə olmazın zəhmətlər bahasına ərsəyə gətirdiyi bu qiymətli əsərə və yanlış vəhhabi təliminə kəskin və qənaətbəxş cavablar verdiyinə görə minnətdarlığımı bildirir və hörmətli mütərcimə, dəftərxananın mədəni-maarif şöbəsinin həmkarlarına təşəkkür edirəm. Ümidvaram ki, çəkilən bütün bu zəhmətlər Allah dərgahında məqbul hesab ediləcəkdir.

Məhəmməd Cavad Fazil Lənkərani

最新バージョン 4.0 の更新情報

Last updated on 2016年03月24日

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

翻訳中...

アプリの追加情報

最終のバージョン

Vəhhabi əqidəsinə baxış - 5 更新を申請する 4.0

投稿者

Yesenia Magali Cueva Valderrama

Android 要件

Android 2.1+

もっと見る

Vəhhabi əqidəsinə baxış - 5 スクリーンショット

コメントをよみこんでいます...
言語
検索中…
APKPureをを購読する
最高のAndroidゲームアプリの最新リリースやニュースやガイドなどの情報にいち早くアクセスすることができます。
いいえ結構です
購読
購読完了!
APKPureの購読が完了しました。
APKPureをを購読する
最高のAndroidゲームアプリの最新リリースやニュースやガイドなどの情報にいち早くアクセスすることができます。
いいえ結構です
購読
成功!
ニュースレターを購読しました。