Cənnətdə bir iblis (H. Miller) icon

1.1 by kitab-app


Oct 10, 2015

About Cənnətdə bir iblis (H. Miller)

English

Kitab-app, İKT fondu və Alatoran "Cənnətdə bir iblis" kitabını təqdim edir.

Henri Miller 1891-ci ildə Nyu-Yorkda, alman əsilli bir dərzinin ailəsində doğulmuşdur. Uşaqlığı yoxsulluq içində Bruklində keçir. Məktəbi bitirdikdən sonra “City College”ə qəbul olunsa da, təhsilini yarımçıq buraxaraq universiteti tərk edir. Ən müxtəlif işlərdə ça­lışır. Barmenlikdən tutmuş jurnalistliyə qədər. Gənclik illərində Selin, Rable, Dostoyevski, Uolt Uitman, D.H. Laurens, Cek London kimi yazarları oxuyaraq dərindən mənimsəyir. Daha sonra isə özünəməxsus yazı üslubunu yaradır.

20-ci illərin sonunda ikinci arvadı Cyun Mansfildlə Avropaya doqquz aylıq səyahət edir. Daha sonra yenidən Parisə qayıdır və 1930-38-ci illərdə orada yaşayır. Parisdə dövrün ciddi ədəbiyyat və sənət adamları ilə yaxından tanış olur. Təxminən onillik yazarlıq mücadiləsindən sonra, 1934-cü ildə ilk kitabı “Xərçəng tropiki” Parisdə çap olunur. Kitabın çap olunmasında yazar Anais Ninin böyük yardımı olur. “Xərçəng tropiki” uzun müddət ABŞ-da, İngiltərədə və digər ölkələrdə qadağan olunur.

1939-40-cı illərdə Yunanıstanda yaşayır. 40-cı illərin əvvəlində ABŞ-a qayıdaraq Kaliforniyada Böyük Sur adlanan regiona yerləşir. Burada “Böyük Sur və Hironimus Boşun portağalları” adlı üç hissədən ibarət kitabını nəşr etdirir. Kitabın üçüncü hissəsi olan “İtirilmiş cənnət” daha sonra “Cənnətdə bir İblis” adı ilə ayrıca kitab şəklində nəşr olunur. Digər əsərlərinə münasibətdə fərqli bir üslubda yazılmış “Cənnətdə bir İblis” insan xarakterinin təsvir edilməsi baxımından Henri Millerin ən yaxşı əsəri hesab olunur.

Henri Miller 1980-ci ildə vəfat etmişdir.

Başlıca əsərləri: “Xərçəng tropiki”, “Oğlaq tropiki”, “Qara bahar”, “Çəhrayı çarmıxaçəkilmə” trilogiyası (“Seksus”, “Pleksus”, “Neksus”), “Klişidə sakit günlər”, “Marussi nəhəngi”, “Böyük Sur və Hironimus Boşun portağalları”, “Cənnətdə bir İblis”.

What's New in the Latest Version 1.1

Last updated on Oct 10, 2015

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Translation Loading...

Additional APP Information

Latest Version

Request Cənnətdə bir iblis (H. Miller) Update 1.1

Requires Android

2.2 and up

Show More

Cənnətdə bir iblis (H. Miller) Screenshots

Comment Loading...
Languages
Searching...
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Success!
You're now subscribed to our newsletter.